Leverkuzeni Münhenə dəyişəcək

9.08.2024 19:53 347
Dünya futbolu
Nəhayət, Conatan Tanın yeni mövsümə harda başlayacağı məlum olub.

“Football-plus.az” xəbər verir ki, “Bavariya” onun transferi ilə bağlı “Bayer-04”lə razılığa gəlib. “Kicker”in məlumatına görə, Almaniya klubları 28 yaşlı müdafiəçinin transfer şərtlərini razılaşdırıblar. Münhen klubu bu keçidə görə 25 milyon avro ödəyəcək. “Bavariya” bonuslar şəklində daha 5 milyon avro ödəyə bilər.

Ta Leverkuzen klubunda 2015-ci ildən çıxış edir. O, bundesliqanın son mövsümündə 31 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.