“Arsenal” heyətinə yeni futbolçu cəlb edəcək.
Bu barədə Nikolo Skira məlumat yayıb. Məşhur insayder London klubunun “Bolonya”nın və İtaliya yığmasının mərkəz müdafiəçisi Rikkardo Kalafyori ilə razılığa gəldiyini xəbər verib. “Arsenal” rəhbərliyi 22 yaşlı futbolçu ilə 5 illik müqavilə bağlamağı planlaşdırır.
Rikkardo ötən mövsüm “Bolonya”nın heyətində 37 oyun keçirib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.