"Fənərbaxça''da Fredin ardından daha bir gözlənilən ayrılıq reallaşıb.
"Football-plus.az" xəbər verir ki, qapıçı İrfan Can Kahveci ''Gənclərbirliyi''nə transfer olunub.
Bu keçid hələ iyulun sonlarından gündəmdə idi. İrfanın paytaxt təmsilçisinə icarəyə veriləcəyi gözlənilirdi. Amma paytaxt təmsilçisi bu qapıçını daimi əsasda transfer edib. ''Fənər'' 2023-də 1,2 milyon avroya ''Göztəpə''dən transfer etdiyi İrfan Canı faktiki olaraq havayı buraxmağa razı olub. Amma onun sonrakı satışından əldə olunacaq məbləğin 50 faizi ''sarı-lacivərdlilər''ə çatacaq. 28 yaşlı əlcək sahibi yeni klubu ilə ikiillik müqavilə imzalayıb.
İrfan Can ilk mövsümlərdə ''Fənər''də şans qazandığı matçlarda pis təsir bağışlamırdı. Amma ötən mövsümün əvvəlində yol verdiyi kobud səhvlərdən sonra gözdən düşdü. Mövsümün ikinci dövrəsini icarə əsasında ''Samsunspor''da keçirdi.
Eğribayat ''Fənər''in qapısını ümumilikdə 58 rəsmi oyunda qorudu. Qapıçıları bol olan İstanbul nəhəngində İsmayıl Kartalın planlarına daxil olmayan Dominik Livakoviçin də ayrılması gündəmdədi.
''Fənər'' cari mövsümü Mərt Günok, Ederson və Tarık Çətinlə keçirəcək.