Avrokuboklarda “Sabah” və “Qarabağ”la yanaşı, daha üç təmsilçimiz var. Söhbət Mahir Emreli, Zamiq Əliyev və Murad Məmmədovdan gedir. “Rakuv” Konfrans Liqasının pley-offunda səfərdə “Hayduk”la heç-heçə etdi – 2:2. Start heyətində yer alan Mahir komandasının ilk bərabərlik qolunu vurdu və 90 dəqiqə oynadı.
Albaniya “Eqnatiya”sı Avropa Liqasının pley-offunda “Lillestrem”i qəbul etdi – 0:0. Albaniya klubunun azərbaycanlı müdafiəçisi Zamir Əliyev əvvəldən axıra qədər ehtiyatda qaldı.
Cənubi Kipr “Pafos”u KL-in pley-offunda Albaniyanın “Dinamo Siti” klubunun qonağı oldu – 1:1. Əvvəlki avrokubok oyununda gözəl qol vuran Murad Məmmədovun adı nəinki start heyətində, heç iştirak ərizəsində də yox idi.
“Zaltsburq”la oyunda 10 dəqiqə şans qazanan Murad həmin qısa müddətdə komandasına faydalı ola biləcəyini göstərmişdi. Belədə dünən iştirak ərizəsinə salınmaması maraq doğurdu.
“Football-plus.az” “Pafos”un azarkeş səhifələrinin birindən bununla bağlı məlumat əldə edib. Sən demə, azərbaycanlı yarımmüdafiəçii “Zaltsburq”la oyuna hazırlaşarkən məşqdə zədələnib, həkim tapşırığına əsasən yalnız 10 dəqiqə oynayıb. Muradın o möhtəşəm qolu vurduğu matçdan sonra bərpa prosesi keçdiyini öyrəndik. Hazırda müntəzəm həkim nəzarəti altındadı. Növbəti matçı buraxmaq ehtimalı olsa da, avqustun sonlarında komandanın heyətinə qoşula biləcək.
İSRAYIL XEYRULLAYEV
Murad Məmmədova nə olub? – nə meydana çıxdı, nə də…
Ölkə futbolu / Aktual






