Bu şəkil həqiqəti əks-etdirirmi? Belədisə klub bu yöndə addım atacaqmı?
Bununla bağlı “Kəpəz”in mətbuat katibi Gəray Qiyasovla əlaqə saxladıq.
“Bu bizim köhnə avtobusumuzdu. Ötənilki avtobusumuzu istifadədən çıxarıblar. Hələ ki yeni nəqliyyat vasitəsi əldə olunmayıb. Komanda ikigünlük istirahətə yollanıb. Bu müddətdən sonra sədr futbolçularla görüşəcək. Oyunçular avtobusla bağlı fikrini bildirəndən sonra bu yöndə addım atılacaq”.
İSRAYIL XEYRULLAYEV






