Kristian Romero artıq “Tottenhem”ə məxsusdu.
London klubu “Atalanta”nın müdafiəçisinin transfer transfer hüququna sahib olub. Argentinalı oyunçu ilə müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb. “Transfermarkt” portalının məlumatına görə, bu transfer İngiltərə klubuna 50 milyon avroya başa gəlib.
Qeyd edək ki, Romero ötən mövsüm “Tottenhem”də icarə əsasında top qovub. Meydana çıxdığı 30 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.