"Amma məndə geri çəkilmək yoxdu" - Kaxaber Sxadadze

30.08.2025 23:49 26
Ölkə futbolu / Manşet
"Qəbələ" Misli premyer-liqasının 3-cü tur matçında "Araz-Naxçıvan"ın meydanında məğlub oldu - 1:2.

"Football-plus.az" xəbər verir ki, "qırmızı-qaralar"ın baş məşqçisi Kaxaber Sxadadze oyunsonrası mətbuat konfransında matçı şərh etdi:
"Əvvəlcə “Qarabağ”ı və keçmiş komandam “Kayrat”ı Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanması münasibəti ilə təbrik edirəm. Oyuna gəlincə, rəqib yaxşı futbolçulardan təşkil olunmuş komandadı. Bu mövsüm avrokuboklarda çıxış etdilər. Artıq 3-cü oyundu ki, qol vurduğumuz matçda üstünlüyü qoruyub saxlaya bilmirik. Bu, bir çox futbolçularımızın təcrübəsinin olmaması ilə əlaqədardı. Amma məndə geri çəkilmək yoxdu. Çatışmayan cəhətlərimiz üzərində çalışacağıq".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul