Asim Xudiyev "Zarya" - "Makkabi" oyununa təyinat aldı

1.11.2023 15:14
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, Ukraynanın “Zarya” və İsrailin “Makkabi” (Tel-Əviv) komandaları arasında keçiriləcək UEFA Avropa Konfrans Liqasının qrup mərhələsinin oyununda hakim-inspektor olacaq.

Qeyd edək ki, qarşılaşma noyabrın 9-da Polşanın Lyublin şəhərində baş tutacaq.