Asim Xudiyev Norveç – Estoniya oyununa təyinat aldı

9.11.2025 21:38 10
Ölkə futbolu
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Norveç – Estoniya matçının hakim-inspektoru olacaq.

Görüş noyabrın 13-də Oslo şəhərində yerləşən “Ullevaal” stadionunda baş tutacaq.