Klublarımız UEFA reytinqində neçəncidilər?

13.05.2025 13:00 10
Ölkə futbolu
Klubların yeni UEFA reytinqi açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, siyahıda Azərbaycanın 7 klubu yer alıb.

Son 5 mövsümün nəticələrinə əsasən, ən yaxşı nəticə "Qarabağ"a məxsusdu. Ağdam təmsilçisi 32 əmsalla 69-cu sıradadı.

"Neftçi" (8,000) 187-ci, "Zirə" (4,000) 318-ci, "Sabah" (4,000) 319-cu, "Sumqayıt" (4,000) 323-cü, "Qəbələ" (3,000) 337-ci, "Şamaxı" (2,500) isə 338-ci pillədədi.

Sıralamaya 143.500 əmsalla "Real" (İspaniya) liderlik edir. 2-ci yeri 137.750 əmsalla "Mançester Siti" (İngiltərə) tutur. 135.250 əmsala malik "Bavariya" (Almaniya) isə 3-cü yerdədi.