Almaniyada iş yerini dəyişdi

16.08.2024 17:52 319
Dünya futbolu
“Hoffenhaym”ın hücumçusu Maksimilian Bayer Almaniyada iş yerini dəyişib.

Dortmund “Borussiya”sı onu heyətinə cəlb edib. 21 yaşlı forvard “Borussiya” ilə 5 illik müqaviləyə imza atıb. “Transfermarkt” portalı keçidin dortmundlulara 28,5 milyon avroya başa gəldiyini yazıb.

Maksimilian ötən mövsüm bundesliqada meydana çıxdığı 33 matçda 16 qol vurub. O, buy ay vətənində keçirilən Avropa çempionatında 2 matçda Almaniya yığmasının formasını geyib.