“Arsenal”dan “Kristal Pelas”a keçdi

1.09.2024 17:16 289
Dünya futbolu
“Arsenal” hücumçu Eddi Nketianı İngiltərənin digər klubuna satıb.

25 yaşlı futbolçu Londonun digər klubu “Kristal Pelas”a keçib. Tərəflər arasında müqavilənin müddəti 5 illikdi.

Nketia “Arsenal”ın yetirməsidi. O, ötən mövsüm “topçular”ın heyətində premyer-liqada 27 oyuna çıxıb və 5 qol vurub. Eddinin 2020-ci ilin oktyabrında İngiltərənin 21 yaşadək futbolçulardan ibarət komandasında 17 oyuna 16 qol vurmaqla rekord müəyyən etdiyini də bildirək.