Rob Holdinq “Arsenal”ı tərk edib.
"Football-plus.az" xəbər verir ki, o, karyerasını yenə İngiltərənin digər klubunda davam etdirəcək.
27 yaşlı müdafiəçi “Kristal Pelas”a satıb. Yeni klubunun Robun keçidi üçün nə qədər təzminat ödəməsinə aydınlıq gətirilməyib.
İngilis futbolçu “Arsenal”da 2016-cı ildən çıxış edirdi. O, londonluların formasında bütün turnirlərdə 162 matçda meydana çıxıb.