Xabi Alonsonun mövsümün sonunda “Bayer-04”dən ayrılmaq ehtimalı durmadan artır.
"Football-plus.az" Xəbər verir ki, o, “Bavariya” və “Liverpul”dan sonra artıq “Real”ın da hədəfinə düşüb.
Almaniya mənbələrinin xəbərinə görə, bu barədə Münhen klubunun fəxri prezidenti Uli Höness məlumat verib:
“Alonso böyük komandanı çalışdıra biləcəyini sübut edib. “Bavariya”, “Real” və “Liverpul” kimi aparıcı klublar onun uğrunda mübarizə aparır”.
Alonsonun “Bayer-04” ilə müqaviləsinin müddəti 2026-cı ilin iyununa qədərdi. Komanda onun rəhbərliyi altında bundesliqada ən yaxın izləyicisi “Bavariya”nı 10 xal qabaqlamaqla 1-ci yeri tutur.