Elçin Məsiyev Avropa çempionatında 1/4 final oyununu idarə edəcək

26.05.2023 14:54 227
İdman
Azərbaycanın FIFA referisi Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçirilən Avropa çempionatının əsas mərhələsində daha bir oyuna təyinat alıb.

"Football-plus.az" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 1/4 final mərhələsinin Polşa - Serbiya matçını idarə edəcək.

Məsiyevə Elşad Abdullayev və slovakiyalı yan xətt hakimi Peter Bednar köməklik göstərəcək. Macarıstanda təşkil olunan turnirin bu görüş mayın 27-də keçiriləcək.

Qeyd edək ki, Elçin Məsiyev daha əvvəl Şotlandiya - Fransa və Sloveniya - İtaliya matçını da idarə edib.