Mayk Din karyerası ilə bağlı qərar verib.
Məşhur hakim yeni mövsümdən İngiltərə premyer-liqasının oyunlarını idarə etməyəcək. Daha dəqiq desək, o, bir neçə aydan sonra yaşıl meydandakı fəaliyyətini başa vuracaq. 53 yaşlı Din İngiltərə Futbol Assosiasiyasının Hakimlər Komitəsinə müraciət edərək ona növbəti mövsümdən yalnız hakimə videoköməkçi statusunun verilməsini xahiş edib.
O, 2000-ci ildən İngiltərə çempionatının oyunlarını idarə edir. Din ötən müddətdə 553 matçda fit çalıb, oyunçulara 114 qırmızı vərəqə göstərib. Qeyd edək ki, o, ölkəsində hər iki göstəriciyə əsasən rekordçudu.
Rekordçu hakim meydandakı fəaliyyətini başa vuracaq
Dünya futbolu


