"Gedirik çempionluğumuzu qeyd etməyə" - Valdas Dambrauskas

17.05.2026 21:37 81
Ölkə futbolu / Manşet
"Sabah" Misli premyer-liqasının 32-ci turunda keçirilən ev oyununda "Neftçi"yə uduzdu - 1:2.

"Football-plus.az" xəbər verir ki, "bayquşlar"ın baş məşqçisi Valdas Dambrauskas oyunsonrası mətbuat konfransında iştirak etdi:

"Hesab edirəm ki, kuboku da qazandıqdan sonra emosiyalarımızı tam qoymağımız bu matçda yaxşı oynamağımıza mane oldu. Lakin futbolçularım əllərindən gələni etdilər. Rəqib son vaxtlar ən yaxşı formada olan komanda idi. Kifayət qədər oyun içərisində rəqiblə baş-başa mübarizə apardıq. Bu gün heç də bir-birindən çox fərqlənməyən 2 komanda izlədik. İndi də gedirik çempionluğumuzu qeyd etməyə. Hər kəsə təşəkkür edirəm".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul