“Görünən odu ki, “Qarabağ”da dəyişiklik prosesi olmalıdı” – Arif Əsədov

27.01.2025 21:14 932
Aktual / Ölkə futbolu
“Qarabağ” cümə axşamı acı məğlubiyyətlə üzləşdi. “Köhlən atlar” üçün avrokubok mövsümü bitdi.

“Qarabağ”ın uğursuzluğu ilə bağlı təcrübəli mütəxəssis Arif Əsədovun fikirlərini öyrəndik:

“Futbolçuların yaxşı performansda olmaması ilə əlaqələndirərdim. Juninyonun gedişi də təsir göstərib. Təbii ki, hər bir komandada belə hallar olur. Görünən odu ki, “Qarabağ”da dəyişiklik prosesi olmalıdı. Yeni nəfəs lazımdı. İki-üç futbolçu gətirmək, komandanı gəncləşdirmək lazımdı. Yeni formatın da təsiri oldu. “Qarabağ” hələ bu formata uyğunlaşmayıb. Bu uğursuz ili növbəti uğurlu ilə qurban vermək olar”.

ƏSƏD SEYİDOV