Hətta paytaxt klubunun mütəxəssislə danışıqlara başladığını deyənlər də var.
Bu xəbərin nə dərəcədə doğru olub-olmadığını öyrənmək məqsədi ilə Arif bəylə əlaqə saxladıq. O, “Football-plus.az”a açıqlamasında yayılan xəbərlərin həqiqətəuyğun olmadığını, hansısa danışıqların baş tutmadığını dedi. Məşqçiyə “Neftçi”nin yeni baş məşqçisi yerli olmalıdı, yoxsa əcnəbi?” sualını da ünvanladıq. Əsədovun cavabı:
“Özüm üçün demirəm. Amma statistikaya baxsaq, “Neftçi” ən uğurlu dönəmlərini yerli mütəxəssislərlə yaşayıb. Komanda məhz həmin vaxtlarda “Qarabağ”la rəqabət apara bilib”.
Qeyd edək ki, Arif Əsədov əsas millinin məşqçisi vəzifəsindən azad olunandan bəri işsizdi.
KƏNAN BAHADIR



