İngiltərə klubunda yeni baş məşqçi

10.08.2023 23:51 166
Dünya futbolu
“Vulverhempton”da baş məşqçi problemi həllini tapıb.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubuna Qari O’Nil təyinat alıb. Onunla 3 illik müqavilə imzalanıb. 40 yaşlı mütəxəssis baş məşqçi vəzifəsində Xulen Lopetegini əvəzləyib. İspaniyalı mütəxəssis İngiltərə klubu ilə müqaviləsini qarşılıqlı razılaşma əsasında pozmuşdu.

O’Nil daha əvvəl “Bornmut”u çalışdırıb və komandadan ötən mövsümün sonunda ayrılıb.