İngiltərəli futbolçu 22 illik karyerasını bitirdi

24.03.2022 15:40 412
Dünya futbolu
Cermeyn Defo karyerasını başa vurub.

40 yaşlı hücumçu bu barədə şəxsi “instaqram” hesabından paylaşım edib.

İngiltərə millisinin sabiq üzvü 22 illik futbol karyerasının ardından bu addımı atmağın çətin olduğunu bildirib. Forvard indiyədək oynadığı komanda yoldaşlarına, məşqçilərinə və klub əməkdaşlarına təşəkkür edib.

Qeyd edək ki, Defo İngiltərədə "Tottenhem", "Sanderlend", "Bormut", "Vest Hem", ABŞ-da "Toronto", Şotlandiyada "Reyncers"in formasını geyinib.