Mahir "Astana" ilə oyunun start heyətində

2.08.2023 17:53 263
Çempionlar Liqası
Millimizin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın "Dinamo" (Zaqreb) klubu bu gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

"Football-plus.az" xəbər verir ki, komanda "Astana"nın (Qazaxıstan) qonağı olacaq. Görüş Bakı vaxtı ilə saat 18.00-da başlayacaq. Oyunun start heyətləri açıqlanıb. Mahir Emreli ilk 11-likdə yer alıb.

Qeyd edək ki, Zaqreb təmsilçisi ilk görüşdə rəqibini darmadağın edib - 4:0.

2 avqust
Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi, cavab oyunları
"Astana" (Qazaxıstan) - "Dinamo" (Zaqreb, Xorvatiya)
İlk oyun - 0:4