Mahir Emreli Polşa klubunun hədəfindədi

22.04.2023 11:44 9 618
Manşet
Mahir Emreli mövsümün sonunda "Konyaspor"dan ayrıla bilər.

"Football-plus.az"a daxil olan məlumata görə, millimizin üzvünü "Dinamo" (Zaqreb) satmaq niyyətindədi. İndidən forvarda elçi düşən də var. Söhbət Polşa təmsilçisi "Rakuv"dan gedir. Ekstraklassada lider olan kollektiv azərbaycanlı futbolçu üçün 1 milyon avro təklif edir. Keçidlə bağlı son qərarı Xorvatiya klubu verəcək. "Dinamo" rəhbərliyi Mahirin "Konyaspor"dakı çıxışına əsasən ona qiymət qoyacaq.

Qeyd edək ki, forvardın klubu ilə 2026-cı ilin 30 iyununa kimi müqaviləsi var.

İLKİN SULTANLI