Fransa klubunda yeni müqavilə

8.09.2025 21:55 4
Dünya futbolu
“Nitsa” rəhbərliyi Frank Haysla bağlı qərar verib.

Fransa klubu baş məşqçi ilə əməkdaşlığı davam etdirmək qərarına gəlib.

54 yaşlı mütəxəssisin sözləşməsinin müddəti uzadılıb. Bu barədə Liqa 1 təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Fransalı məşqçi ilə müddəti 2029-cu ilin yayına kimi nəzərdə tutulan yeni müqavilə imzalanıb. Qeyd edək ki, Hays “Nitsa”nı ötən ilin yayından çalışdırır.