İspaniya klubunda yeni müqavilə

1.12.2025 15:32 9
Dünya futbolu
“Betis” rəhbərliyi baş məşqçisi Manuel Pelleqrini ilə bağlı qərar qəbul edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə İspaniya klubunun mətbuat xidməti məlumat yayıb. La Liqa təmsilçisi 72 yaşlı mütəxəssislə müqaviləni yeniləyib.

Yeni müqavilənin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. Pelleqrini “Betis”i 2020-ci ilin yayından çalışdırır.