"Dinamo" - "Qarabağ" oyununun hakimləri bilindi

19.08.2024 10:52 368
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının pley-offunda Zaqreb "Dinamo"suna qarşı keçirəcəyi ilk oyuna hakim təyinatları açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, görüşü İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Referi Qlenn Nyuberq olacaq. Ona yan xətt hakimləri qismində Mahbod Beiqi və Andreas Söderkvist kömək edəcəklər. Dördüncü hakim funksiyasını Adam Ladebak yerinə yetirəcək.

VAR almaniyalı Bastian Dankertə, AVAR isə onun həmyerlisi Yohan Pfeyferə tapşırılıb.

Qeyd edək ki, sabah "Maksimir" stadionunda keçiriləcək "Dinamo" - "Qarabağ" oyunu Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. Bu komandalar arasında cavab görüşü avqustun 28-də Bakıda keçiriləcək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul