Türkiyənin 1-ci liqasında 33-cü turun görüşləri keçirilir.
"Football-plus.az" xəbər verir ki, azərbaycanlı futbolçu Vüsal İsgəndərlinin formasını geydiyi "Boluspor" öz meydanında "Karagümrük"lə qarşılaşıb. Matç meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyuna ehtiyatda başlayan Vüsal 90+5-ci dəqiqədə meydana daxil olub.
"Boluspor" bu qələbə ilə 52 xalla 8-ci pillədə yer alıb.