"Qarabağ"ın ÇL-in 3-cü mərhələsindəki potensial rəqibi müəyyənləşir

24.07.2023 10:00 254
Çempionlar Liqası
Bu gün "Qarabağ"ın Çempionlar Liqasının 3-cü təsnifat mərhələsindəki potensial rəqibi müəyyənləşəcək.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən püşkatma Bakı vaxtı ilə saat 14.00-da başlayacaq.

Ağdam təmsilçisi səpənlənmişlər səbətində yer alacaq. Komanda ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlmək üçün "Rakov" səddini keçməlidir.

Çempionlar yolu
Səpələnmişlər


HİK (Finlandiya) - "Molde" (Norveç)
"Jalgiris" (Litva) - "Qalatasaray" (Türkiyə)
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Astana" (Qazaxıstan)
"Breydablik" (İslandiya) - "Kopenhagen" (Danimarka)
"Rakov" (Polşa) - "Qarabağ" (Azərbaycan)
"Zrinski" (Bosniya və Herseqovina) - "Slovan" (Slovakiya)

Səpələnməmişlər

"Luduqorets" (Bolqarıstan) - "Olimpiya" (Sloveniya)
"Şerif" (Moldova) - "Makkabi" (Hayfa, İsrail)
"Aris" (Cənubi Kipr) - BATE (Belarus)
"Kİ Klaksvik" (Farer adaları) - "Heken" (İsveç)
"Sparta" (Praqa, Çexiya)
AEK (Yunanıstan)