“Liverpul”u tərk edir

3.07.2025 19:12 213
Dünya futbolu
“Liverpul”un uruqvaylı hücumçusu Darvin Nunyes karyerasını “Napoli”də davam etdirəcək.

İnsayder Nikolo Skiranın məlumatına görə, tərəflər artlq razılığa gəliblər. Yaxın günlərdə uruqvaylı forvardla 5 milyon avro maaşı və 2030-cu ilin yayına qədər müddəti nəzərdə tutan müqavilə imzalanacaq.

Ötən mövsüm premyer-liqada 30 oyun keçirən Darvin 5 qol vurub və 2 məhsuldar ötürmə edib.