"Nyu Seynts"dən "Sabah"a qarşı həmlə

7.07.2026 13:46 31
Avrokuboklar / Aktual
“Sabah”ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Nyu Seynts" heyətini gücləndirib.

“Football-plus.az” klubun rəsmi saytına istinadla xəbər verir ki, İsaak Qodvin transfer edilib. 19 yaşlı sol cinah müdafiəçisiylə bağlanan müqavilənin detalları açıqlanmayıb. Ancaq onun “Sabah”a qarşı matçda iştirak edəcəyi bildirilib.

Maraq üçün bildirək ki, Qodvin məhz Uels təmsilçisinin yetirməsidi. O, 12 yaşdan 16 yaşadək “Nyu Seynts”in akademiyasında yetişib. Futbolçu yeni komandasında 3 nömrəli formanı geyəcək.

Xatırladaq ki, bu gün keçiriləcək “Sabah” – “Nyu Seynts” qarşılaşması saat 20.00-da başlayacaq.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul