"Azərbaycan millisinin futbolçuları yaxşı səviyyədə oynayır"

12.10.2023 20:51 213
Yığma / Manşet
Sabah millimiz AÇ-2024-ün seçmə mərhələsində Estoniyanın qonağı olacaq.

“Football-plus.az” xəbər verir ki, matçdan öncə rəqibin baş məşqçisi Tomas Heberlinin mətbuat konfransı keçirilib. Sizi onun fikirləri ilə tanış edirik:

"Biz optimistik, eyni zamanda realist olmalıyıq. Azərbaycan səviyyə baxımından bizə ən yaxınıdı və bu, təbii ki, oyunu vacib edir. Həmişə öz oyunumuzu yaxşılaşdırmağa çalışırıq. İyunda Bakıda keçirilən oyundakı heç-heçədən (1:1) nəyi götürə bilərik? Fikrimcə, biz orda yaxşı oynadıq, xüsusən də birinci hissədə. Azərbaycanın texniki və emosional komandası var, onların oyunçuları yaxşı səviyyədə oynayır. Amma bizim də yaxşı komandamız var. Oyuna nəzarət etməyi bacarmalıyıq, baxmayaraq ki, onlar topa oynamağı sevirlər. İsveçə qarşı oyunda rəqiblərindən daha çox topa sahib idilər və bu, onlar haqqında çox şey deyir. Biz kompakt olmalıyıq, hücum və müdafiə arasında yaxşı tarazlıq tapmalıyıq".

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul