"Qəbələ" ilin ilk transferini etdi - RƏSMİ

5.01.2026 23:22 24
Ölkə futbolu
“Qəbələ” qış fasiləsində ilk transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, seneqallı mərkəz müdafiəçisi Seydina Keyta ilə "6 ay +1 illik" müqavilə imzalanıb. Onun son klubu “Panevejis” (Litva) olub. Keyta buna qədər “Al Tadamon” (Küveyt), “Liepaya” (Latviya), “Mölde” (Norveç) və “Diambars” (Seneqal) komandalarının şərəfini qoruyub.

Qeyd edək ki, Keyta “Qəbələ”də 33 nömrəli formada çıxış edəcək.