Sabah Çempionlar Liqasının liqa mərhələsində “Slaviya” “Sabah”ın qonağı olacaq.
Bakı Olimpiya Stadionunda keçiriləcək matçdan öncə “qırmızı ulduz”un futbolçusu Tomaş Vlçek jurnalistlərin suallarını cavablandırıb.
- Çempionlar Liqasında sonuncu dəfə 17 il əvvəl qalib gəlmisiz..
- Təzyiqlər bizə mane olmur. “Lans”la ÇL matçından sonra yaxşı nəticələr göstərdik. Düşünürəm ki, o oyunda baş verənlər bizə müsbət təsir göstərdi. Komandamız Çempionlar Liqasında qalib gəlməyə layiqdi.
- Oyundan əvvəl komanda yoldaşlarınız çox iddialı danışıb. Düşünmürsüz ki, bu amil rəqibə daha çox motivasiya verər və sizə mənfi təsir göstərər?
- Uzun müddətdi ki, Çempionlar Liqasında qalib gəlmirik. Bu, bizi motivasiya edir. Burdan qələbə ilə qayıtmaq istəyirik.
- Bir çox azarkeş və bukmekerlərin təhlilinə görə favorit sizsiz. Bu haqda nə düşünürsüz?
- “Sabah” çox güclü rəqibdi. Təsnifat mərhələlərində gözəl oynadılar. Rəqibimiz çox səviyyəli komanda sayılır. Hamı kimi mən də düşünürəm ki, çox gözəl futbol sərgiləyirlər. Təbii ki, rəqib güclü komandadı. Lakin var gücümüzlə oyuna hazırlaşmışıq.
“Rəqibimiz çox səviyyəli komanda sayılır" - Tomaş Vlçek
Avrokuboklar / Manşet






