“Allah qoysa, sabah da qələbə qazanarıq” - Rəhman Daşdəmirov

12.10.2026 18:35 72
Avrokuboklar / Manşet
“Sabah” sabah Çempionlar Liqasının liqa mərhələsində “Slaviya” ilə qarşılaşacaq.

Oyunöncəsi mətbuat konfransında Rəhman Daşdəmirov jurnalistlərin suallarını cavabladı.

- Komandada ab-hava necədi? Matçın Bakı Olimpiya Stadionunda keçirilməsi sizin üçün həyəcanlı olacaq?
- Sabah maraqlı oyun olacaq. İlk ev matçımıza çıxacağıq. Ümid edirəm ki, stadion dolar, azarkeşlərimiz gələr. Yaxşı nəticə qazanıb, xalqımızı sevindirməyə çalışacağıq. Oyuna yaxşı hazırlaşmışıq.

- Millidə üzərinizdə təzyiq var idi? Psixoloji yorğunluq var?
- Deməzdim ki, yorğunluq qalıb. Millidə qalib gələndən sonra heç bir yorğunluğum yoxdu. Allah qoysa, sabah da qələbə qazanarıq. Hər şey qaydasındadı.

- BOS daha böyük stadiondu. Tofiq Bəhramov adına Respublika stadionunda oynamaq daha yaxşı olmazdı?
- Məncə, burda azarkeş dəstəyi çox olacaq. Bakı Olimpiya Stadionu bizə daha uyğun olar. Tofiq Bəhramov adına Respublika stadionu Azərbaycan üçün tarixi arenadı. BOS-da daha çox azarkeş olsa, məncə, daha yaxşı olar.

- Meydançanın durumu necədi?
- Burda bir dəfə məşq etmişik. Stadionun ot örtüyü çox yaxşı vəziyyətdədi.

İSRAYIL XEYRULLAYEV