Son vaxtlar nüfuzu böyük ölçüdə aşağı düşən FİFA-nın fəaliyyəti ilə bağlı daha bir fakt ortaya çıxıb. Bir çox mənbələr bu faktı ali futbol qurumunda növbəti qalmaqal kimi qələmə verir.
"Football-plus.az" xəbər verir ki, FİFA Konqo Demokratik Respublikası yığmasının qapıçısı Lionel Mpasi-Nzaunun DÇ-2026-nın seçmə mərhələsinin oyunlarda qanunsuz iştirakına şərait yaradıb. “The New York Times” nəşrinin məlumatına görə, Fransada doğulan qapıçı idman vətəndaşlığını dəyişmək üçün tələb olunan prosedurları tamamlamayıb və lazımi sənədlərə sahib olmayıb. FİFA-nın hüquqşünasları bu vəziyyətdən xəbərdar olsalar da, “Havr”da oynayan futbolçuya və Konqo DR yığmasına heç bir sanksiya tətbiq etməyiblər. Halbuki belə hallarda komandaya texniki məğlubiyyət verilməliydi.
Maraqlısı odu ki, seçmə turnirdə konqolulara uduzan nigeriyalıların şikayətindən sonra məsələni araşdıran FİFA müraciəti prosessual səbəblərə görə rədd edib. Qurum qərarın müstəqil komitə tərəfindən qaydalara uyğun verildiyini, həmçinin prezident Canni İnfantinonun müdaxilə etmədiyini bildirib.
FİFA ilə bağlı növbəti qalmaqal
Dünya futbolu






