Bəs, qalan zədəli futbolçuların durumu nə yerdədi? Onlar yaşıl meydanlara nə vaxt qayıdacaqlar?
“Football-plus.az” bu suallarla “Zirə”nin mətbuat xidmətinin rəhbəri Elmar Abdullazadəyə müraciət etdi. Onun cavabı:
“Hazırda 7 futbolçumuz zədəlidi. İssa Cibrila 2-3 həftə, Vierinya 1 ay, Ktatau 1-2 ay, Bayere Lue 2-3 ay sonra yaşıl meydanlara qayıda bilər. Maykon Kleyton oktyabrın 21-də komandaya qoşulacaq. Enrike Kustadio isə ən yaxşı halda qışdan sonra qayıdacaq. Quimanın da müalicəsi davam edir”.
Xatırladaq ki, “qartallar”ın cari mövsüm üçün iştirak ərizəsində 20 futbolçu var. Hələ ki, bu siyahıda Kleyton yoxdu. Ancaq həmin oyunçulardan üçü qapıçıdı. Belədə Rəşad Sadıqovun narahatlığının yetərincə əsaslı olduğunu deyə bilərik.
“Zirə” oktyabrın 18-də keçiriləcək 8-ci tur matçında “Kəpəz”in qonağı olacaq. Gəncə şəhər stadionunda gerçəkləşəcək qarşılaşma saat 18.30-da start götürəcək.
KƏNAN BAHADIR






