“Sabah”ın U-19 komandasının UEFA Gənclər Liqasının Liqa mərhələsində “Slaviya” (Praqa) ilə oyununun hakimləri açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, görüşü Norveçdən olan hakimlər briqadası idarə edəcək.
Baş hakim Marius Hansen-Qrötta olacaq. Ona yan xətt hakimləri Aleksandr Yeqer və Henrik Sunne kömək edəcəklər. Dördüncü hakim funksiyasını Əli Əliyev yerinə yetirəcək.
Oyun sabah “Bank Respublika Arena”da keçiriləcək və saat 15.00-da başlayacaq.
"Sabah"ın U-19 komandasının oyununun hakimləri - UEFA Gənclər Liqası
Ölkə futbolu






