Britaniyalı pilot yarış həftəsonunun istənilən kimi alınmamasının nə qədər çətin olduğunu vurğulayıb və “Formula-1”i qolfla müqayisə edib:
“Biz ofisdəyik, hər şeyimizi veririk, bütün məlumatları təhlil edirik. O qədər müxtəlif mərhələlərdən keçirsən, nəfəsinə, qidalanmana, vaxt bölgüsünə, ürək döyüntünə diqqət yetirirsən. Sonra isə trassda səhvlər baş verir və ya nəsə səni yaxalayır. Bu, dəhşətli dərəcədə məyusedicidi. “Formula-1” və qolf, çox güman, mümkün olan ən məyusedici iki idman növüdü”.
Hümilton yaxşı nəticənin isə bütün bu mənfi hissləri geridə qoyduğunu bildirib:
“Nəhayət, sakitləşəndə, hər şey qaydaya düşəndə, hər şey rəvan gedəndə, nəticə əldə edəndə vəziyyət düzəlir. Bu, sanki özünəinamı gücləndirir.
Uğursuzluğa düçar olduğun bütün o anlar bəzən səni şübhə etməyə vadar edir. Lakin ətrafında nə baş verməsindən asılı olmayaraq, sadəcə, inanmağa davam edirsən. Və nəhayət, qələbə günü çatanda belə düşünürsən: “Görürsənmi? Bilirdim ki, məndə bu alınacaq”.






