Oktyabrın 3-də 45 yaşını tamamlayan Zlatan İbrahimoviç bu münasibətlə özünə olduqca bahalı hədiyyə alıb.
"Football-plus.az" xəbər verir ki, hazırda “Milan”da məsləhətçi kimi fəaliyyət göstərən isveçli futbolçu “Ferrari F80” superkarının sahiblərindən birinə çevrilib. İtaliya istehsalı olan bu avtomobildən cəmi 799 ədəd buraxılıb.
“Ad günün mübarək, Zlatan” - İbrahimoviç sosial şəbəkədə avtomobillə bağlı paylaşdığı videonun altında bu sözləri yazıb. İsveçlinin avtomobillərə olan marağını nəzərə alsaq, “Ferrari F80” üçün 3,6 milyon avro (7,2 milyon manat) ödəməsinə təəccübləməyə dəyməz. Superkar 1200 at gücünə malik V6 mühərriklə təchiz olunub. “Ferrari F80” cəmi 5,75 saniyəyə 200 km/saat sürət yığır.
Avtomobilin mühərrik arxitekturası 2023 və 2024-cü illərdə “Le-Manın 24 saatı” yarışında qalib gələn “Ferrari 499P” modelindən ilhamlanıb.
45 yaşının tamamına 3,6 milyon avroluq maşın aldı
Dünya futbolu






