"Zirə” - “Şerif” oyununun biletləri satışa çıxır

13.07.2024 20:03 384
Ölkə futbolu
Avropa Liqasının 1-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “Şerif” (Moldova) oyununun biletləri sabah - iyulun 14-ü saat 12.00-dan satışa çıxarılacaq.

QOL.az xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir.

Satış məntəqələri:
“Zirə İdman Kompleksi”
“Liv Bona Dea Arena”
Tofiq Bəhramov adına Respublika stadionunun kassaları.