"Zirə"nin Slovakiya klubu ilə matçının biletləri

22.07.2024 17:29 315
Ölkə futbolu
Konfrans Liqasının 2-ci təsnifat mərhələsində keçiriləcək “Zirə” - “DAK 1904” (Slovakiya) oyununun biletləri iyulun 23-də, saat 10.00-dan etibarən satışa çıxarılacaq.

Biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10 və 20 manat təşkil edir.

Azarkeşlər biletləri Zirə İdman Kompleksi, “Dalğa Arena” və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala bilər.

Qeyd edək ki, komandalar arasında ilk matç iyulun 25-də Bakıda, cavab qarşılaşması isə bundan bir həftə sonra Slovakiyada baş tutacaq.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul