Konfrans Liqasının pley-off mərhələsində keçiriləcək “Zirə” - “Omoniya” (C.Kipr) oyununun biletləri bu gün – 27 avqust saat 13.00-dan satışa çıxarılacaq.
"Football-plus.az" xəbər verir ki, biletlərin qiyməti sektorlara əsasən müvafiq olaraq 2, 5, 10, və 20 manat təşkil edir. Satış məntəqələri “Zirə İdman Kompleksi” və “Dalğa Arena”dı.
Qeyd edək ki, avqustun 29-u keçiriləcək "Zirə" - "Omoniya" görüşü saat 20.00-da başlayacaq. Bu komandalar arasında ilk matç rəqibin 6:0 hesablı qələbəsi ilə başa çatıb.