Aqustin Kanobbio başına iş açıb. Uruqvay yığmasının yarımmüdafiəçisi DÇ-2026-nın İspaniya ilə keçirilən oyununda (0:1) etdiyi hərəkətə görə uzunmüddətli cəza ala bilər.
"Football-plus.az" xəbər verir ki, futbolçu 90+4-cü dəqiqədə qırmızı vərəqə alandan sonra hakim İsmail Elfata fiziki təmas göstərib. FİFA-nın İntizam Məcəlləsinə əsasən, matçın rəsmi şəxslərinə qarşı qeyri-idman hərəkətləri minimum 4 oyunluq, hədə-qorxu və təhdidlər minimum 10 oyunluq, fiziki hücum isə minimum 15 oyunluq diskvalifikasiya ilə cəzalandırılır.
Kanobbionun hansı müddətə cəzalanacağı hakim və matçın rəsmi nümayəndələrinin hesabatlarından sonra FİFA-nın Nizam-İntizam Komitəsinin qərarı ilə müəyyənləşəcək.