"Kəpəz"in futbolçusuna cəza

15.08.2024 13:31 320
Ölkə futbolu
AFFA İntizam Komitəsi "Kəpəz"in futbolçusu Elmir Tağıyevə 1 oyunluq cəza verib.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

İntizam Komitəsinin bugünkü iclasında Misli Premyer Liqasının 2-ci turundakı qayda pozuntuları müzakirə olunub.

Tağıyev “Qarabağ” - “Kəpəz” oyununda ikinci sarı vərəqəni alaraq qırmızı vərəqə ilə meydandan qovulduğuna görə 1 oyunluq cəza alıb. Gəncə təmsilçisi isə 500 manat cərimələnib.