Tarixində rekord seriya müəyyən etdi

27.11.2026 17:13
Dünya futbolu
“Bornmut” tarixində rekord seriya müəyyən edib.

"Football-plus.az" xəbər verir ki, İngiltərə klubu Avropa Liqasının liqa mərhələsinin 5-ci turunda “Selta”nı 2:1 hesabı ilə məğlub edərək tarixində ilk dəfə bütün turnirlərdə ardıcıl 10 qələbə qazanıb.

“Opta”nın məlumatına görə, ardıcıl ən azı 10 qələbə qazanan sonuncu premyer-liqa klubu “Aston Villa” olub. Birmingem təmsilçisi 2025-ci ilin noyabr-dekabr aylarında ardıcıl 11 oyunda qalib gəlib.

Yeri gəlmişkən, Marko Rozenin çalışdırdığı “Bornmut” premyer-liqada 11 turdan sonra 18 xalla 5-ci yeri tutur.