"Qarabağ" - "Rakuv" matçına nə qədər bilet satılıb?

1.08.2023 15:07 3 546
Aktual / Çempionlar Liqası
"Qarabağ" - "Rakuv" matçına maraq yetərincə böyükdü.

"Football-plus.az"a bilet satışı ilə bağlı məlumat daxil olub. İndiyə qədər ümumilikdə 25 mindən çox bilet satılıb. Bəs “Rakuv” azarkeşləri qarşılaşmanı izləmək üçün Bakı Olimpiya Stadionuna təşrif buyuracaq? Klubun mətbuat xidmətinin əməkdaşı Elvar Quliyev məsələyə belə aydınlıq gətirdi:

“VİP yerlər üçün 12, orta sıralara isə 15 bilet istəyiblər. Azarkeşlərlə bağlı hansısa müraciət olmayıb”.

İLKİN SULTANLI