“Qəbələ” növbəti transferini gerçəkləşdirib.
"Football-plus.az" xəbər verir ki, 2023-24 mövsümünün hazırlıqlarını davam etdirən “qırmızı-qaralar” Lukas Afrikonu heyətinə qatıb. 28 yaşlı mərkəz müdafiəçisi ilə 1+1 illik müqavilə imzalanıb.
Son iki mövsümdə Portuqaliya təmsilçisi “Eştoril”in şərəfini qoruyan braziliyalı futbolçu “San Bernardo” klubunun yetirməsidi. O, vətənində “Flamenqo”, “Santos”, “Londrina”nın formasını geyinib. 2018-ci ildə Portuqaliyaya transfer olunan Lukas “Maritimo” və “Eştoril”də çıxış edib. Müdafiəçi artıq Qəbələdə komanda ilə məşqlərə qoşulub.
Xatırladaq ki, “Qəbələ” Afrikoya qədər Ahmed Ayzaya və Zurab Oçiqavanı da heyətinə qatıb.
"Qəbələ" növbəti transferini reallaşdırdı
Premyer-liqa



