Konqo millisinin futbolçusu “Qəbələ”də

20.08.2024 14:33 325
Ölkə futbolu
“Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi Konqo milli komandasının yarımmüdafiəçisi Domi Jaures Massoumonu transfer edib. Onunla 2 illik müqavilə imzalanıb.

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d'Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb. 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.