"Qəbələ"dən növbəti transfer

4.07.2025 21:52 20
Ölkə futbolu
"Qəbələ" növbəti transferini açıqlayıb.

"Football-plus.az" xəbər verir ki, bölgə təmsilçisi İsaaq Amoahla anlaşıb. 24 yaşlı mərkəz müdafiəçisinin son klubu İspaniyanın 3-cü liqa komandası "Atletiko Sanlukenyo" olub.

Qanalı oyunçu karyerası ərzində 80 oyuna çıxaraq 2 qol vurub və 1 qolun ötürməsini edib.