“Tottenhem” tezliklə heyətinə yeni oyunçu cəlb edəcək.
“Mirror” qəzetinin yaydığı xəbərə görə, London klubu “Brentford”dan Natan Kollinzi sıralarına qatacaq. Keçidin yanvarda reallaşacağı gözlənilir.
Natan bu mövsüm 8 matçda meydana çıxıb. Onun “Brentford” ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdi.